Bulud texnologiyası, sürətli yenilik, elastik resurslar və ölçü iqtisadiyyatı təmin etmək məqsədilə serverlər, saxlama, verilənlər bazası, şəbəkə, proqram təminatı, analitika və kəşfiyyat kimi hesablama xidmətlərinin İnternet (“bulud”) üzərindən təqdim edilməsidir.

Bulud texnologiyası, maliyyə qənaəti, artan səmərəlilik, sürət və performans, eləcə də təhlükəsizlik kimi müxtəlif səbəblərlə insanlar və müəssisələr üçün məşhur bir texnologiya halına gəlmişdir. Bulud əsaslı saxlama, faylları yerli bir sabit disklə və ya yerli saxlama cihazlarında saxlamaq əvəzinə uzaq bir verilənlər bazasına qeyd etməyə imkan verir. Elektron cihazlar İnternətə qoşulduğu müddətcə, verilənlərə və proqram təminatlarına daxil ola bilər.

Bulud Texnologiyasının Üstünlükləri

Kurum və təşkilatların bulud texnologiyasına keçməsinin səbəbləri aşağıdakı kimi sıralana bilər:

1. Maliyet

Bulud texnologiyaları, avadanlıq və proqram təminatı alma, məlumat mərkəzlərinin qurulması (avadanlıqlar, server şkafları, enerji təchizatı və soyutma üçün 24 saat elektrik və s.), infrastrukturun idarə edilməsi üçün İT mütəxəssislərinin əmək haqqı və digər kapital xərclərini aradan qaldırır.

2. Sürət

Bulud texnologiyaları öz-özünə xidmət və tələb əsasında təqdim olunur, buna görə də böyük miqdarda hesablama resursları bir neçə dəqiqə ərzində təmin edilə bilər. Bu da təşkilatlara daha çox çeviklik verir.

3. Səmərəlilik

Yerli məlumat mərkəzləri adətən çoxlu sayda “raf və sıralama” işləri tələb edir. Bulud texnologiyası bu tapşırıqların çoxunu ortadan qaldırır, beləliklə İT komandaları daha vacib iş hədəflərinə çatmaq üçün vaxt sərf edə bilər.

4. Etibarlılıq

Bulud texnologiyası verilənləri bulud təminatçısının şəbəkəsindəki bir neçə yedəkləmə saytında saxlaya bilər. Beləliklə, verilənlərin ehtiyat nüsxəsinin alınması, fövqəladə vəziyyətlərdə bərpa və işin davamlılığı daha asan və ucuz olur.

5. Performans

Bulud texnologiyası xidmətləri, mütəmadi olaraq ən yeni nəsil sürətli və səmərəli hesablama avadanlığına yüksəldilən qlobal miqyasda təhlükəsiz məlumat mərkəzlərində işləyir. Bu, tətbiqlər üçün daha az şəbəkə gecikməsi və daha böyük ölçü iqtisadiyyatı kimi, tək bir korporativ məlumat mərkəzinə nisbətən müxtəlif üstünlüklər təklif edir.

6. Qlobal Ölçək

Bulud texnologiyası elastik şəkildə miqyaslana bilən xüsusiyyətə malikdir. Müvafiq miqdarda İT resursu (məsələn, daha az və ya çox hesablama gücü, saxlama, bant genişliyi) lazım olduğu zaman və düzgün coğrafi mövqedən təmin edilir.

7. Təhlükəsizlik

Bir çox bulud təminatçısı, ümumilikdə təhlükəsizlik duruşunuzu gücləndirən və verilənlərinizi, tətbiqlərinizi və infrastrukturunuzu potensial təhdidlərdən qorumağa kömək edən müxtəlif siyasətlər, texnologiyalar və nəzarətlər təqdim edir.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top